Modern.az

“Qarabağ”ın rəqibi Bakıya yola düşdü

“Qarabağ”ın rəqibi Bakıya yola düşdü

17 Avqust 2020, 10:21

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Sileks” Şimali Makedoniyanı tərk edib.

 

Modern.az-a xəbər verir ki, Kratovo təmsilçisi bir qədər əvvəl Bakıya yola düşüb.

 

Çarter reysi ilə paytaxtımıza səfər edən kollektivdə heç bir itki yoxdur. Yerli mətbuat “Qarabağ”ın cütün favoriti olmasına baxmayaraq, komandanın ölkəmizə yüksək motivasiya ilə yollandığını vurğulayıb.

 

Qeyd edək ki, bu gün “Sileks”in Tofiq Bəhramov adına Respublika stadionunda son məşqi baş tutacaq. Sabah keçiriləcək “Qarabağ” – “Sileks” görüşü saat 20:00-da start götürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?