Türkiyədə son sutka ərzində daha 22 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 996 nəfərə çatıb:
"Bu gün ölkədə 74 846 şübhəli koronavirus testindən keçib, onlardan 1 233-nün cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 250 542 nəfərə çatıb. Müalicə olunan 1 002 xəstə isə bu gün evə buraxılıb. Bununla ölkədə koronavirusdan sağalanların sayı 231 971 nəfərə çatıb".