"Barselona" klubu baş məşqçisi Kike Setyenlə yolları ayırıb.
Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna səbəb komandanın Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzması olub.
Kataloniya təmsilçisi yeni baş məşqçinin adını yaxın günlərdə açıqlayacağını bildirilib.
Qeyd edək ki, Setyen bu ilin yanvarından "Barselona"nın çalışdırırdı. Onun rəhbərliyi altında komanda La Liqada 2019/2020 mövsümünü ikinci pillədə tamamlayıb.