Modern.az

Lənkəran sakini bədbəxt hadisənin qurbanı oldu

Lənkəran sakini bədbəxt hadisənin qurbanı oldu

Aktual

17 Avqust 2020, 23:17

Lənkəranda ehtiyatsızlıq ölümlə nəticələnib.

Modern.az xəbər verir ki, bədbəxt hadisə rayonun Şilavar kəndində qeydə alınıb.

Xeyrulla Qüdrət oğlu Əsədullayev övladının evində təmir işləri apararkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vurub. Yaxınları X.Əsədullayevi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, onun vəfat etdiyi məlum olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?