Modern.az

Bu qan qrupundan olanlar koronavirusu daha ağır keçirir

Bu qan qrupundan olanlar koronavirusu daha ağır keçirir

Aktual

21 Avqust 2020, 17:59

“Koronavirusa yoluxma bəzi qan qrupuna aid şəxslərdə problemli keçir”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

 

Onun sözlərinə görə, 2-ci qan qrupuna aid xəstələrdə daha çox ağırlaşma baş verir: “Mart ayında Çində aparılan tədqiqatlar da bunu göstərirdi”.

 

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib ki, bununla yanaşı ağciyərin funksiyalarını yaxşılaşdıran, antiviral preparatlardan da istifadə edilir.

 

“Xəstələr bütün preparatlarla dövlət tərəfindən təmin edilir. II qan qrupundan olanlarda COVID-19-dan ağırlaşma və ölüm halı daha çoxdur. I, III və IV qan qruplarından olanlarda ağırlaşmalar nisbətən daha azdır”, - deyə F. Sədirov qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?