Modern.az

"Neftçi"nin rəqibi yenə qələbə qazandı

Aktual

21 Avqust 2020, 22:00

"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi" ölkə çempionatında növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, Skopye təmsilçisi III tur çərçivəsində səfərdə "Belasitsa" ilə qarşılaşıb.

Qonaqlar 89 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şkupi" liderliyə yüksəlib.

Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də baş tutacaq. "Bakcell Arena"dakı görüş saat 20:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?