Modern.az

“Twitter”in işində nasazlıq yarandı

“Twitter”in işində nasazlıq yarandı

22 Avqust 2020, 00:53

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Modern.az  xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Almaniya, Böyük Britaniya, ABŞ və Yaponiyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin bir hissəsi saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 22 faiz istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

İstifadəçilərin 10 faizi “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?