Modern.az

Bu ölkədə 1 gündə 70 min insan koronavirusa YOLUXDU

Bu ölkədə 1 gündə 70 min insan koronavirusa YOLUXDU

22 Avqust 2020, 09:55

Hindistanda bir gündə koronavirusa 69 878 nəfər yoluxub.

Modern.az-ın məlumatına görə, bu, pandemiya başlayandan sonra ölkədə rekord sayda gündəlik yoluxma göstəricisidir.

 

İndiyə qədər Hindistanda 2 975 701 insan infeksiyaya yoluxub. Sutka ərzinə 945 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 55 794 nəfərə çatıb.

Hindistan ABŞ və Braziliyadan sonra dünyada yoluxma sayına görə 3-cü yerdə qərarlaşır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?