Ağ Evdə ABŞ prezidenti Donald Trampın qardaşı Robertlə vida mərasimi baş tutub. Mərasimdə ABŞ lideri özü və xanımı Melanya Tramp da daxil olmaqla ailə üzvləri iştirak ediblər.
Modern.az xəbər verir ki, mərasimdən sonra Ağ Evin rəhbəri “Twitter” səhifəsində “Robert, mən səni sevirəm. Rahat uyu!” sözlərini yazıb.
ABŞ prezidentinin kiçik qardaşı Robert Tramp ağır vəziyyətdə Nyu-York xəstəxanasına yerləşdirilmişdi. Ertəsi gün isə 72 yaşında dünyasını dəyişmişdi. ABŞ liderinin sözlərinə görə Robert təkcə ona qardaş deyildi, həm də ürəyində əbədi olaraq yaşayacaq ən yaxşı dostu idi.