Modern.az

Komitə sədri: “ Hər bir vətəndaş qanunlara ciddi əməl etməlidir”

Komitə sədri: “ Hər bir vətəndaş qanunlara ciddi əməl etməlidir”

22 Avqust 2020, 14:30

“ Hər bir vətəndaş qanunlara ciddi əməl etməlidir”

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov son günlərdə karantin qaydalarını pozaraq toy mərasinin keçirilməsinə etirazını bildirib və  hər bir vətəndaşın qanunlara əməl etməsinin vacib olduğunu qeyd edib:

 

"Koronavirus infeksiyası ilə mübarizədə tutduğu mövqedən, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi  tələblərə ciddi əməl etməlidir. Koronavirus pandemiyasına qarşı ölkəmizdə də çox ciddi mübarizə aparılır və bu  mübarizə istiqamətində kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir. Karantin tədbirlərinin pozulmasına görə hüquqi məsuliyyəti vəzifəsindən, səlahiyyətindən asılı olmaraq, hər kəs bilməlidir. Hər kəs buna riayət etməlidir. Əgər kimsə bu qaydaları pozarsa,  qanun qarşısında cavab verməlidir. Bu infeksiyaya qalib gəlmək üçün həmrəy olaraq, hər bir kəsin karantin qaydalarına ciddi əməl etməsi lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?