Modern.az

Deputat: “Heç kim qanundan üstün ola bilməz”  

Deputat: “Heç kim qanundan üstün ola bilməz”  

Aktual

24 Avqust 2020, 13:37

Mən Ulu Öndər Heydər Əliyevin bir sözünü xatırlatmaq istəyirəm: “Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Azərbaycan Konstitusiyası bununla bağlı birmənalı şəkildə mövqeyini ortaya qoyur. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Bu gün Azərbaycan dövlətinin koronovirus pandemiyası ilə mübarizədə ən böyük silahı qanunun aliliyi, hər bir kəsin bu qanunun tələblərinə uyğun şəkildə öz fəaliyyətini nizamlaması, dövlətə bu çətin mübarizədə dəstək olmasıdır. Qabaqlayıcı tədbirlərin, qadağaların verdiyi müsbət nəticə bizə bu mübarizədən mümkün qədər az itkilərlə çıxmağa imkan verir. Dövlət pandemiya ilə mübarizə tədbirləri kimi kütləvi tədbirləri keçirilməməsi, idarəetməninn məsafəli təşkili ilə bağlı müvafiq qəralar verib.

Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyətə yönəlik bəyanatları, ““Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur” kimi çağırışları ölkənin sadə vətəndaşları tərəfindən alqışlanır. Əhali daxili işlər orqanlarının karantin qaydalarını pozan şəxslərə qarşı apardığı qabaqlayıcı tədbirlərə yüksək qiymət verir, bu tədbirlərin vacibliyini anlayır. Bu gün minlərlə azərbaycanlı ailəsi özünün çoxəsirlik adət-ənənəsinə uyğun olaraq toy, yas və ya digər tədbirləri keçirmək istəyir. Lakin eyni zamanda başa düşür ki, dövlətin bu gün tətbiq etdiyi qadağa onun özünün ailəsini, doğmalarını qorumağa yönəlik bir qadağadır və bu qadağa qarşısında hamı bərabərdir.

Bu baxımdan bəzi yüksək vəzifəli dövlət qulluqçularının bu qaydalar məhəl qoymamaları, etinasız yanaşmaları hamıda haqlı narazılığa səbəb olur. Hər kəs bilməlidir ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Özünü xüsusi imtiyaz sahibi hesab edənlər bunu anlamalı və aldıqları cəzalardan dərs götürməlidirlər.

 

Əminə Ağazadə Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?