Modern.az

“Qarabağ” püşkatmada səpələnmişlər səbətində olacaq

“Qarabağ” püşkatmada səpələnmişlər səbətində olacaq

Aktual

27 Avqust 2020, 00:21

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacaq.

Modern.az xəbər verir ki, buna Bolqarıstan "Lüdoqorets"inin Danimarkanın "Midtülland" komandasına uduzaraq mübarizəni dayandırması səbəb olub.

UEFA reytinqində Ağdam klubundan irəlidə olan Razqrad təmsilçisinin büdrəməsi Azərbaycan çempionunun güclülər səbətinə yolunu açıb.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?