Modern.az

Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb

Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb

Aktual

27 Avqust 2020, 23:44

Ucar rayonunda azyaşlı binadan yıxılıb.

Modern.az xəbər verir ki, hadisə saat 22 radələrində məcburi köçkünlərin məskunlaşdığı  yaşayış binasında baş verib.

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

F.Qədimovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?