Modern.az

\"Keşlə\" Avropa Liqasında mübarizəni dayandırdı

\

28 Avqust 2020, 00:13

UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Keşlə” (Bakı) – “Laçi” (Albaniya) oyunu başa çatıb.

Modern.az xəbər verir ki, “ASK Arena”da qarşılıqlı hücumlar şəraitində keçən görüşün əsas və əlavə edilmiş 30 dəqiqəsində qol vurulmayıb. Təəssüf ki, komandamız onbir metrlik cərimə zərbələri seriyasında rəqibinə 4:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, görüşdə rəqib klubun futbolçularından Lukas Ramos, “Keşlə”nin heyətində isə Şəhriyar Əliyev qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Oyunun qalibi olan “Laçi” klubu ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?