Modern.az

Yasamalda yataqxana YANDI

Yasamalda yataqxana YANDI

28 Avqust 2020, 13:15

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 80 kv.m olan taxta konstruksiyadan ibarət tikili və içərisindəki ev əşyaları 74 kv.m sahədə, yataqxana binasının birinci mərtəbəsinin dəhlizində dolab 4 kv.m sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan yataqxana binasının yaşayış olmayan hissəsində birinci və üçüncü mərtəbələr arası pəncərə çərçivələri, ikinci və dördüncü mərtəbələr arası eyvanların taxta üzlükləri qarsalanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?