Modern.az

“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəlilədi

“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəlilədi

28 Avqust 2020, 14:20

Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib.

 

“Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.

 

Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.

 

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.

 

Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?