Modern.az

Gəncədə 16 yaşlı qız sirkə turşusundan zəhərləndi

Gəncədə 16 yaşlı qız sirkə turşusundan zəhərləndi

29 Avqust 2020, 20:14

Gəncə şəhərində zəhərlənmə faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü İmamverdiyeva Aytac Elşən qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 16 yaşlı qız sirkə turşu içərək zəhərlənib. Onun sirkə turşusunu hansı səbəbdən içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?