Modern.az

Çində ikimərtəbəli restoran çökdü: 17 ölü

Çində ikimərtəbəli restoran çökdü: 17 ölü

29 Avqust 2020, 21:04

Çinin Şansi əyalətində ikimərtəbəli restoran çöküb.

Modern.az xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər ölüb, 28 nəfər yaralanıb.

 

Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 45 nəfəri çıxarıb, onlardan 7-sinin vəziyyəti ağırdır.

Hadisə yerində təxminən 700 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

Qəzanın səbəbi müəyyənləşdirilir və faktla bğlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?