Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan ölkənin Baş naziri Nikol Paşinyana qarşı çıxıb.
Modern.az xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yazıb.
"Yeganə təqsirkar - avantürist qrupu ilə birlikdə baş nazir Paşinyandır. Mən sizin hamınızı milli qurtuluşa birgə başlamaq üçün onun istefasını tələb edən icmalara qoşulmağa çağırıram", - deyə mer qeyd edib.