Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, yolu keçən 2001-ci il təvəllüdlü Atayeva Vüsalə Tərlan qızını minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır (report).