Modern.az

Lənkəranın Ləj kəndi əsgəri ilə FƏXR EDİR

Lənkəranın Ləj kəndi əsgəri ilə FƏXR EDİR

Aktual

7 Dekabr 2020, 10:05

44 günlük Vətən Müharibəsinin daha bir iştirakçısı ilə sizi tanış edirik.

Xəyal Əmrah oğlu Nuriyev 4 noyabr 1999-cu ildə Lənkəran rayonu Ləj kəndində anadan olub. 2006-2017-ci illərdə Lənkəran rayon N.Aslanov adına Ləj kənd tam orta məktəbini müvəfəqiyyətlə başa vurub. Orta məktəbdə oxuduğu müddətdə həmişə vətəninə sevgisini ifadə edən Xəyal torpaqlarımızın erməni işğalı altında qalmağını qəbul etmirdi.

 2 fevral 2015-ci ildə Xəyal Nuriyev ilk hərbi qeydiyyata düşür. 2018-ci ildə o, həqiqi hərbi xidmətə çağrılır və 2019-cu ilin iyul ayında hərbi xidməti uğurla başa vurub Ordudan tərxis olunur.

Lakin Ali Baş Komandan İlham əliyevin “İRƏLİ!” əmrindən sonra Xəyal Nuriyev də qəlbi vətən eşqi ilə döyünən minlərlə gənc kimi səfərbər oldu. Onu ikinci dəfə hərbi xidmətə çağırdılar – bu dəfə müharibədə iştirak etmək üçün.

Xəyal Əmrah oğlu cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi, torpaqları düşmən tapdağından azad edən minlərlə əsgərdən biri oldu.

O, bu döyüşlərdə neçə-neçə düşmən əsgərini məhv etdi və yaralı silahdaşlarına köməyini əsirgəmədi.

Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərin birində - 9 oktyabr 2020-ci il tarixində yaxınlığına düşən mərmi Xəyal Nuriyevi yaraladı. Onu elə həmin gün ilk öncə Füzulidəki Əhmədbəyli hospitalına apardılar və 5 gün orada qaldı. 14 oktyabrda Xəyalı Nefçala şəhərindəki xəstəxanaya dəyişdilər, daha sonra isə Müdafiə Nazirliyinin Bakı şəhərindəki Mərkəzi Klinik Hərbi Hospitalına gətirdilər. Burada çox qala bilmədi, həkimlərin qoyduğu diaqnozla razılaşmayan X.Nuriyev az bir müddət sonra israrla yenidən döyüş bölgəsinə yollandı. O, hazırda Füzuli rayonu ərazisində  vətənin keşiyində dayanır.

Belə şagirdimlə fəxr edirəm!

QARABAĞ AZƏRBAYCANDIR!

YAŞASIN CƏNAB ALİ BAŞ KOMANDAN!


Aqşin Əliyev

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI