Modern.az

Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini də dağıdıblar

Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini də dağıdıblar

Aktual

7 Dekabr 2020, 14:04

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a bildilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

 

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?