Modern.az

İrəvanda atışma - yaralananlar var

İrəvanda atışma - yaralananlar var

7 Dekabr 2020, 22:30

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, hadisə Nor Nork rayonunda, Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında qeydə alınıb.

 

Polis əməkdaşları və müstəntiqlər hadisə yerində avtomat və tapança patronları aşkarlayıblar. Atışma zamanı xəsarət alanların olduğu bidirilir. Polis ərazidə qan izləri aşkarlayıb.

 

Hazırda polis yaralıların xəstəxanalara çatdırılıb-çatdırılmadığını araşdırır.

Fakt üzrə cinayət işi başlayıb.

 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI