Modern.az

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

7 Dekabr 2020, 23:33

Rumıniyanın Baş naziri Lüdovik Orban parlament seçkilərində Milli Liberal Partiyanın uduzmasından sonra istefaya getdiyini elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.

 

"Mən bu gün istefa qərarı verdim", - deyə Baş nazir bildirib.

 

Xatırladaq ki, Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?