Azərbaycan parlamentinin eks-spikeri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 10 dekabrda Bakıda keçirilən Zəfər paradı ilə bağlı feysbuk hesabında paylaşım edib.
Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Qalib əsgərin 10 dekabr Zəfər Paradı!
Bu hadisə sadəcə Azərbaycan ordusunun qələbə nümayişi deyil.
Eyni zamanda ordumuzun Vətən Müharibəsindən daha da qüvvətli çıxdığını, milli iradənin və milli həmrəyliyin gücünü, Azərbaycan-Türkiyə birliyinin sülh dövründə də inkişaf edəcəyini nümayiş etdirdi!
Bu gün Müqəddəs şəhidlərimizin ruhu şad oldu!"