FİFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib.
Modern.az xəbər verir ki, hazırda bu ada İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, Almaniya "Bavariya"sından Robert Levandovski və İspaniya "Barselona"sından Lionel Messi iddia edir.
Qapıçı nominasiyası üzrə mükafata əsas namizədlər sırasında Alisson Bekker ("Liverpul", İngiltərə), Manuel Noyer ("Bavariya", Almaniya) və Yan Oblak ("Atletiko", İspaniya) yer alıb.
Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.