Modern.az

Şumaxerin oğlu \"Formula 1\"də debüt etdi

Şumaxerin oğlu \

11 Dekabr 2020, 20:56

Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu, "Hass"ın pilotu Mik Şumaxerin "Formula 1"də debütü gerçəkləşib.

 

Modern.az xəbər verir ki, 21 yaşlı sürücü mövsümün sonuncu - Abu-Dabi Qran-prisi öncəsi test yürüşündə iştirak edib. O, sərbəst yürüşü 18-ci pillədə tamamlayıb.

 

Ən yaxşı nəticəni isə "Red Bull" pilotu Maks Ferstappen göstərib. "Mercedes"dən Valtteri Bottas 2-ci, "Renault"dan Esteban Okon 3-cü yerlə kifayətlənib.

 

Koronavirusa yoluxduğu üçün əvvəlki mərhələni buraxan "Mercedes"in yeddiqat dünya çempionu britaniyalı Lüis Hemilton ilk yürüşdə beşinci yeri tutub.

 

Qeyd edək ki, Mik Şumaxerin test yürüşündə iştirakı onun 2021-ci ildəki dünya çempionatına hazırlığının bir hissəsidir. "Ferrari" akademiyasının pilotu "Formula 2" (2020) və "Formula 3" (2018) çempionudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?