Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verə qəza ilə bağlı məlumat yayıb.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytlına istinadən verdiyi məlumata görə, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb.
Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.