Modern.az

Kamerun yasa batdı:37 ölü

Kamerun yasa batdı:37 ölü

27 Dekabr 2020, 17:33

Kamerunun qərbində avtobus yük maşını ilə toqquşub, 37-dən çox insan ölüb, 18 nəfər yaralanıb.

 

Modern.az bildirir ki, bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

 

Hadisə bu gecə Nemale kəndində baş verib. 60-dan çox adamın olduğu avtobus Fumban şəhərindən ölkənin paytaxtı Yaunde istiqamətində hərəkət edirmiş. Avtobus yola çıxan adamlardan qaçmağa çalışarkən toqquşma baş verib.

 

Bildirilir ki, ölənlərin sayı arta bilər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi