Modern.az

Terrorçular 7 Pakistan əsgərini öldürdü

Terrorçular 7 Pakistan əsgərini öldürdü

27 Dekabr 2020, 20:17

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətindəki hərbiləşdirilmiş sərhəd postuna terror hücumu nəticəsində təhlükəsizlik xidmətinin azı 7 əməkdaşı həlak olub.

 

Modern.az Sinxua agentliyinə istinadla xəbər verir ki, güc strukturlarının əməkdaşları və terrorçular arasında toqquşma şənbə günü gecə saatlarında baş verib. Ordunun mətbuat xidmətinin məlumatına görə, intensiv atışmadan sonra hərbçilər silahlıların hücumunu dəf edə biliblər.

 

Terrorçuların qaçmasına imkan verməmək üçün ərazi mühasirəyə alınıb. Genişmiqyaslı axtarış əməliyyatları davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi