Modern.az
Qəzənfər Həmidoğlu Putin Xersonu itirərsə...

Qəzənfər Həmidoğlu

Putin Xersonu itirərsə...

Aktual

27 İyul 2022, 18:59

Qəzənfər Həmidoğlu


Ukrayna Silahlı Qüvvələri güman ki, avqustun ortalarına doğru, bəlkə daha tez və ya bir qədər gec,  savaşın sonrakı gedişatı üçün hərbi-siyasi strateji dəyərə, mənəvi-simvolik anlama  malik Xerson şəhərini Rusiya işğalçı qüvvələrinin əsarətindən qurtaracaq.


Ukrayna Ordusunun Xersonu geri alması Putinin Rusiyanın başını sadəcə hansısa avantüraya  deyil, Kremlin sahibinin dili ilə desək, “əsrin ən yekə fəlakətin”ə soxduğunun növbəti təsbiti olacaq. Xerson itkisi, şübhəsiz ki,  Putinin sonunu çatdırmayacaq, amma iştahını azaldacaq, hikkəsini xeyli söndürəcək və bəlkə  bu savaşın Rusiyaya hansı  fəlakətli son vəd etdiyini də görə bildi. Belə bir “finiş”ə nə Rusiya hərbi-siyasi elitası və zombiləşmiş cəmiyyəti, nə də Putin hazırdır.   


Rusiya üçün  belə fəlakətli situasiyadan ziyanın yarısından qayıtmaq anlamında iki çıxış  var – biri Kreml elitasının, digəri Putinin özünün:  ya hansısa mühafizəçi  Kolyanı sərxoş etdirib qalstuku ilə şefi boğdururlar. Məsələn, imperator I Paveli  mühafizəçisi Nikolay Zubovun “pyan qvardiyaçıları” şərflə boğub öldürmüşdülər. Ya da Kremlin sahibi qafasına bir güllə sıxır və tarixə düşür. Çünki Rusiya taixində hələlik intihar edən hökmdar olmayıb. 

 

Bu variantı bilərəkdən və ya bilməyərəkdən Putinin özü də  istisna etməyib: “Biz əzabkeşlər kimi cənnətə düşəcəyik, onlarsa gəbərəcəklər...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?