Modern.az
Qəzənfər Həmidoğlu Dırnaqarası kosmonavtlar

Qəzənfər Həmidoğlu

Dırnaqarası kosmonavtlar

Hadisə

22 Yanvar 2024, 09:08

1980-lərdə hiss edilməyə başladı ki, işlər artıq “fırıxdır”.

Sovet İttifaqı dağılma yoluna girmişdi.

Sona az qalmışdı.

Çat-çat çatlayırdı Leninin qurduğu sistem.

Bu qarışıqlıqda Kreml dünyaya “Sosializmin gücünü” göstərmə təşəbbüsünə girişmişdi.

Sosialist bloku ölkələrdən monqol, çex, polyak, hətta ərəb adamlar seçib onlardan kosmonavt “qayırırdılar”. Heç bir məziyyəti olmayan insanlara qısa bir təlim sonrası skafandr geyindirir, "Soyuz TM" kosmik gəmisinə “qoyub” göndərirdilər kosmosa.

Bu xaricilərin yanında mütləq iki rus kosmonavt olurdu. Ərəb, macar, monqol “kosmonavtlar” isə Dünyaya Sovetin gücünü, sosializmin təntənəsini göstərmək üçün “kuklalıq” edirdilər. Bunlardan biri də suriyalı Muhammed Ahmed Faris idi.

Faris 1987-də Sovetin "Soyuz TM" kosmik gəmisi ilə kosmosa uçan ilk və son suriyalı kosmonavt oldu. 8 gün çəkdi “turistik” səfəri. Yer kürəsinə döndü, Sovet İttifaqı Qəhrəmanı oldu, "Lenin" ordeninə layiq görüldü. Sonra nə baş verdi, bilirsizmi?

Suriyaya geri döndü.

Generallığa yüksəldi.

Bir müddət sonra müxalifətə keçdi.

2012-də Türkiyəyə qaçdı.

Bəşər Əsədə qarşı müharibə aparan Azad Suriya Ordusunu dəstəklədi.

2016-da Putini 2000 Suriya vətəndaşını öldürməkdə ittiham etdi.

2017-də mühacirətdəki Suriya Müvəqqəti Hökumətinin müdafiə naziri təyin edildi.

Rus kosmonavtikasının həzin sonudur bu…

ABŞ “Artemis” proqramı çərçivəsində təkrar Aya insan göndərəcək yaxında.

Moskva növbəti “sidik yarışına” start verib, biz də Ay proqramına başlayırıq.

Soran da yoxdur nə ilə, hansı pulla və hansı texnologiyalarla?

Gülməli olan isə odur ki, ruslar Aya kosmik aparat göndərənə qədər ABŞ Ayda baza yaradıb, Marsa uçacaq raketləri buradan qaldıracaq…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir