Modern.az

DİN-dən Bakı-Qazax yolundakı vəziyyətlə bağlı AÇIQLAMA

DİN-dən Bakı-Qazax yolundakı vəziyyətlə bağlı AÇIQLAMA

Aktual

15 Oktyabr 2022, 10:24

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

 

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir. 

 

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?