Modern.az

Türkiyə və Ukraynanın xarici işlər nazirləri danışdılar

Türkiyə və Ukraynanın xarici işlər nazirləri danışdılar

15 Oktyabr 2022, 14:46

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla Ukraynadakı son vəziyyəti müzakirə edib.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
 

"Bu gün (15 oktyabr) xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Söhbət zamanı Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə olunub. Nazir Kuleba Türkiyədəki mədəndə baş vermiş qəza ilə bağlı başsağlığı verib”, - Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Türkiyənin şimalındakı Bartın vilayətində şaxtada cümə günü axşam saatlarında partlayış baş verib. Daxili işlər naziri Süleyman Soylu partlayış nəticəsində ölənlərin sayının 40-a çatdığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan dəhşətli əməliyyat - İsgəndərlərlə dolu baza məhv edildi