Modern.az
Qəzənfər Həmidoğlu Molla “dron”duleti...

Qəzənfər Həmidoğlu

Molla “dron”duleti...

Aktual

19 Oktyabr 2022, 15:16

Qəzənfər Həmidoğlu

İranın pilotsuz uçan aparatları (PUA) molla rejiminin özü kimidir: müzür, kəmfürsət, nanəcib, qaniçən və zəhlətökən. “Sepah”ın “Şahed-136” kamikadze-dronu isə terror alətidir...


İran boynuna almasa da, Rusiyaya yüzlərlə döyüş PUA-sı satıb: “Mohacer-6”, “Şahed-129”, “Şahed-136”, “Şahed -191” və s. Yeri gəlmişkən, “şahed” “şəhid” yox, “şahid” deməkdir.


İkinci Qarabağ savaşında, eləcə də Suriya, Liviya və Ukraynada Türkiyənin döyüş dronları, özəlliklə də “Bayraktar TB2” operativ-taktiki zərbə PUA-ları hərbi obyekt və hədəfləri məhv etməklə ad-san qazanmış, dron əfsanəsi yaratmışdı. Təsadüfi deyil ki, ukraynalılar onun şəninə mahnı bəstələyiblər. Özü də “Bayraktar” Qarabağda erməni işğalçılarını, Suriyada diktator Əsədin qoşunlarını, Liviyada avantürist feldmarşal Xəlifə Bəlqasım Həftarın qüvvələrini, Ukraynada Putinin işğalçı ordusunu vururdu və hələ də vurur.
 

İran dronları savaş zamanı, cəbhə nöqtələrində elə də effektiv deyil. Amma “Şahed”lər asimmetrik döyüş və arxa cəbhənin “mahir” aləti, mülki hədəflərin qənimidir. Yəni, işğalçı və xaincəsinə hücum silahıdır. Son günlər Kiyevdə və Ukraynanın digər yerlərində “Şahed-136”lar şəhərlərin infrastrukturunu, yaşayış binalarını dağıdır və dinc insanları qırır. Ruslar İran dronlarını Ukrayna səmasına çəyirtkə sürüsü kimi göndərirlər. Və bütün dünya telekanal və sosial şəbəkələrdə ayətullah Xamneyinin “dronofikasiya” etdiyi Putin ordusunun dinc əhalini necə terrora məruz qoymasına tamaşa edir.
 

Molla rejiminin duası nədirsə, PUA-sı da elədir. Arxadan iş görürlər, boyunlarına almırlar, zəifləri vururlar, sonra da ortalıqda filan şey yemiş qarğa kimi dimdiyi dik gəzirlər və höccət edirlər...

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü