Modern.az

Putin bu qurumu ləğv etdi

Putin bu qurumu ləğv etdi

20 Oktyabr 2022, 10:34

Rusiya Prezidenti Vladimir Putin Federal Turizm Agentliyinin ləğvi haqqında fərman imzalayıb. Fərmana əsasən Agentliyin səlahiyyətləri İqtisadi İnkişaf Nazirliyinə verilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı rəsmi informasiya portalında məlumat dərc olunub.

 

“Turizm fəaliyyəti sahəsində dövlət idarəçiliyini təkmilləşdirmək, turizm sənayesinin inkişafının səmərəliliyini artırmaq və federal hökumət orqanlarının strukturunu optimallaşdırmaq məqsədi ilə Turizm üzrə Federal Agentliyin ləğvi barədə qərar qəbul edirəm. Ləğv edilmiş Turizm üzrə Federal Agentliyin funksiyaları isə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə verilsin”, - Putinin imzaladığı fərmanda deyilir.

 

Qeyd edək ki, Rusiyanın Turizm Agentliyi 2004-cü ilin noyabrın 18-də yaradılıb. Agentlik bundan əvvəl Rusiya Federasiyası Bədən tərbiyəsi, idman və turizm üzrə dövlət komitəsi adlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi