Modern.az

Soçidə XİN rəhbərlərinin görüşü olmayıb - Zaxarova təkzib etdi

Soçidə XİN rəhbərlərinin görüşü olmayıb - Zaxarova təkzib etdi

Aktual

2 Noyabr 2022, 15:40

Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilməyib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

XİN nümayəndəsi bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü zamanı üç ölkənin xarici işlər nazirləri sadəcə söhbət ediblər, rəsmi görüş və danışıqlar olmayıb. 

 

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri ilə yanaşı, xarici işlər nazirlərinin də görüş keçirdiyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi