Modern.az

Əli Əsədov Tatarıstan Prezidenti ilə GÖRÜŞDÜ 

Əli Əsədov Tatarıstan Prezidenti ilə GÖRÜŞDÜ 

29 Noyabr 2022, 18:44

Noyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

 

Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu