Modern.az

Dadaşovun burnu sındı

Dadaşovun burnu sındı

Aktual

4 Dekabr 2022, 10:51

Azərbaycan millisinin və Almaniya "Şalke"sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.

 

Modern.az-ın məlumatına görə, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.

 

Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib: "Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".

 

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm "Şalke"nin heyətində 7 qol vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı