Modern.az

“Fənərbağça”nın prezidenti qəzaya düşdü

“Fənərbağça”nın prezidenti qəzaya düşdü

İdman

31 Mart 2026, 17:31

Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran qəzaya düşüb.

Modern.az xəbər verir ki, hadisə funksioner avtomobili ilə evindən stadion istiqamətində hərəkət edərkən baş verib.

Klub rəhbərinin vəziyyətinin yaxşı olduğu bildirilib. Sürücüsü isə yüngül xəsarət alıb. Hadisə nəticəsində avtomobilə müəyyən zərər dəyib. Məlumata görə, qəzadan sonra Sadettin Saran ayağında, qolunda və boynunda ağrı hiss etməsinə baxmayaraq, klub binasına gedib və orada rəhbərliklə keçirilən toplantıda iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi - Gündəm Masada - Media Turk TV