Modern.az

Moskvada hava limanını su basdı

Moskvada hava limanını su basdı

Aktual

11 Dekabr 2022, 18:35

Moskvanın Şeremetyevo hava limanını su basıb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Hadisənin B terminalında baş verdiyi bildirilib. Orada həyəcan siqnalı işə düşüb və içəriyə su daxil olmağa başlayıb.

 

Hadisə şahidləri tavanın uçduğunu deyirlər. Lakin məlumat hələ ki təsdiqlənməyib.

 

Qeyd edək ki, Moskvada əlverişsiz hava şəraiti səbəbindən çox sayda aviareys ləğv olunub.

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq