Modern.az

Yasamalda intihara cəhdin qarşısı belə alındı - VİDEO

Yasamalda intihara cəhdin qarşısı belə alındı - VİDEO

Aktual

17 Dekabr 2022, 17:04

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

 

Məlumata görə, günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu, Ə.Əhmədov küçəsində 1 nəfər qadın 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bunu görən qonşular dərhal nazirliyin "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Xilasedicilər Vətəndaşla psixoloji söhbət apararaq həm də binanın həyətində xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görüblər. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən binanın digər istiqamətindəki 9-cu mərtəbənin eyvanından xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 6-cı mərtəbədə yerləşən eyvana enib, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?