"Rusiya regionda sülhün bərqərar olmasında maraqlıdır".
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Sülh müqaviləsi mövzusu daimi diqqət tələb edir. Biz danışıqlar prosesinin irəliləməsinə nə qədər tez-tez diqqət yetirsək, hazırda narahatlığa səbəb olan məsələlər bir o qədər tez həll olunacaq. Rusiya regionda davamlı, ədalətli sülhün bərqərar olmasında yəqin ki, hamıdan çox maraqlıdır", - deyə nazir bildirib.
Rusiya XİN başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər sülh müqaviləsinin hazırlanmasına töhfə verəcək.
Qeyd edək ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Moskvada səfərdədir.