Rəsmi Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı ittihamlarına münasibət bildirib.
Modern.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında danışıb.
Lavrov ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, Nikol Paşinyan Rusiya sülhməramlılarını öhdəliklərini tam olaraq yerinə yetirməməkdə günahlandırıb.