Modern.az

Aksiyanın 23-cü günü: fəallıq müşahidə edilir 

Aksiyanın 23-cü günü: fəallıq müşahidə edilir 

Aktual

3 Yanvar 2023, 20:19

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 23 gündür davam edir.

 

Modern.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının ərazidə fəallığı müşahidə olunur.

 

Onlar axşam saatlarında da Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada