Modern.az

Sülhməramlıların daha 4 maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların daha 4 maşını aksiya ərazisindən keçdi

Aktual

4 Yanvar 2023, 18:35

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 2 təminat və 1 minik avtomobilinin, eyni zamanda, Xankəndidən Laçına doğru hərəkət edən bir təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı