Modern.az

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq 

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq 

Aktual

5 Yanvar 2023, 21:17

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

 

Onun sözlərinə görə, yaxın günlərdə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə müqavilələrin imzalanması gözlənilir:

 

"Həcc ziyarətinin koronavirusla bağlı ötən ilki şərtləri bir az yumşaldılacaq. Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi. Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi