Modern.az

Sərnişin avtobusu buzlu yolda AŞDI

Sərnişin avtobusu buzlu yolda AŞDI

Aktual

11 Yanvar 2023, 08:40

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində qəza olub.

 

Modern.az xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus yolun buz bağlaması səbəbindən aşıb.

 

Belə ki, qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və aşıb.

 

Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI