Modern.az

Fransa spikeri erməni separatçılarını MƏYUS ETDİ

Fransa spikeri erməni separatçılarını MƏYUS ETDİ

Aktual

13 Yanvar 2023, 13:06

Fransa parlamentinin Ermənistanda səfərdə olan spikeri Yael Braun-Pive mətbuat konfransı keçirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, spiker Ermənistana səfərin onun üçün vacib olduğunu söyləyib.

 

"Bölgədəki vəziyyət fonunda Ermənistana indi gəlməli olduq. Ermənistanda olmaq bizim üçün vacibdir, çünki onu həssas edən hadisələr baş verir və biz qardaş xalqa yaxın olmalıyıq. Fransa Ermənistanın suverenliyini və müstəqilliyini möhkəmləndirməkdə həmişə onu dəstəkləyir", - deyə fransalı spiker bildirib.

 

O, qondarma qurumun tanınması ilə bağlı da sualı cavablandırıb və erməni separatçılarını məyus edib.

 

"Paris bunu beynəlxalq hüquq normalarına uyğun hesab etmir", - deyə Braun-Pive söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?