Almaniya kansleri Olaf Şolts müdafiə naziri Kristin Lambrextin istefasını qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti rəsmi məlumat yayıb.
Qeyd olunub ki, qısa vaxt ərzində yeni nazir təyin ediləcək.
***
13:25
Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Lambrext rəsmi olaraq istefa ərizəsini Almaniya kansleri Olaf Şoltsa təqdim edib.
Qeyd edək ki, Almaniyada Kristin Lambrextlə bağlı qalmaqallar çox olub. Bu səbəbdən alman cəmiyyətində onun reytinqi çox aşağıdır.
Rəy sorğuları göstərir ki, ölkə vətəndaşlarının 60 faizi onun istefasını istəyir. Nazir Yeni il gecəsində təbrik videomüraciətində Ukraynada gedən müharibəni xatırladıb, lakin bu müraciət atəşfəşanlıq tədbirləri fonunda yazıldığı üçün Lambrext qışqıraraq danışmalı olub.
Tənqidçilərin fikrincə, çox uğursuz alınmış videomüraciət Bundesverin nüfuzuna xələl gətirir. Nazirin oğlunun hərbi helikopterdə çəkilmiş fotoşəklinin dərc edilməsi də etirazlara səbəb olub.
Hazırda Almaniyada müdafiə naziri postuna yeni təyinatın olunacağı barədə müzakirələr gedir. Bu vəzifəyə əsas namizəd kimi Almaniya federal kanslerinin departament rəhbəri Volfqanq Şmidtin adı hallanır.
Mümkün namizədlər arasında Almaniya Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl də var. Bundan əlavə, Almaniyanın hazırkı əmək və sosial məsələlər naziri Hubertus Heilin müdafiə naziri postunu tuta biləcəyi istisna edilmir.